"Radomyak" üçün səfər sınağı: Renat Dadaşov ehtiyatda

16:51 - 8 Mart 2025

Futbol üzrə Polşa çempionatında 24-cü turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvləri Rahil Məmmədovla Renat Dadaşovun formasını geyindiyi "Radomyak" səfərdə "Krakoviya"nın qonağıdır.

Saat 17:45-də start götürəcək matçda komandaların meydana çıxacağı heyətlər müəyyənləşib. Renat görüşə ehtiyat oyunçular skamyasında başlayacaq. Rahilin adı isə oyunun iştirak ərizəsinə daxil edilməyib.

Qeyd edək ki, 23 turdan sonra aktivində 25 xal olan "Radomyak" turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

Xəbər xətti