Radamel Falkao karyerası ilə bağlı yekun qərarını verib.
Sportal.az xəbər verir ki, ölkəsinin "Millonarios" klubunda çıxış edən kolumbiyalı hücumçu peşəkar karyerasını başa vurub. 39 yaşlı futbolçu bununla bağlı sosial şəbəkə hesabında video paylaşıb.
Qeyd edək ki, Radamel Falkao "Millonarios"in yetirməsidir. Təcrübəli forvard karyerası ərzində "River Pleyt", "Portu", "Atletiko", "Monako", "Mançester Yunayted", "Çelsi", "Qalatasaray" və "Rayo Valyekano"da çıxış edib. Falkao Kolumbiya millisinin heyətində keçirdiyi 105 rəsmi matçda 36 qol vurub.
saytlarin hazirlanmasi