Millimizin Yunanıstanla oyun üçün heyəti- SİYAHI

17:10 - 8 Mart 2025

Martın 11-də Afinada Yunanıstan yığması ilə qarşılaşacaq futzal üzrə Azərbaycan millisi hazırlığın Bakı mərhələsini bu gün keçirilən məşqlə yekunlaşdırıb.

Sportal.az xəbər verir ki, komandamız səhərə yaxın Bakı-İstanbul-Afina reysi ilə matçın keçiriləcəyi ölkəyə yola düşəcək. Baş məşqçi Vitali Borisov səfərə 14 futzalçı ilə yollanacaq.

Emin Kürdov, Novruz Kazıxanov, Xəzər Ağalızadə, Ülvi Əliyev (hamısı "Araz-Naxçıvan"), Emil Həsənzadə, Fərid Atakişiyev, Eldar Zeynalov ("Neftçi"), Tofiq Mikayılov, Kənan Manafov, Oktay Rüstəmli, Nihad İsmayılov, Nurlan Mehdizadə, Kamran Hacıyev, Murad Quluzadə (hamısı "Baku Fire").

Xəbər xətti