"Milan"dan möhtəşəm geridönüş - VİDEO

00:20 - 9 Mart 2025

İtaliya A Seriyasında 28-ci turun görüşləri keçirilir.

Sportal.az xəbər verir ki, səfərdə "Leççe" ilə üz-üzə gələn "Milan" 3 matçlıq məğlubiyyət seriyasına son qoyaraq 3:2 hesabı ilə qalib gəlib. Qonaqlar hesabda 0:2 hesabı ilə geri düşsə də, sonradan 3 qol vuraraq qalib gəlməyi bacarıb.

İtaliya A Seriyası
28-ci tur

“Leççe” - “Milan” - 2:3

Qollar: N.Krstoviç,7,59, - A.Qallo,68(ö.q), C.Pulisiç,73,81

Xəbər xətti