"Qarabağ"ın müdafiəçisi Elvin Cəfərquliyev Sportal.az saytına açıqlama verib.
O, "Araz-Naxçıvan"la görüşdəki qələbəni şərh edib: "Həqiqətən də yaxşı oyun idi. Biz "Araz-Naxçıvan"ın gücünü yaxşı bilirdik. Onların yaxşı futbolçuları var. Meydanda yaxşı mübarizə getdi. Qalibiyyəti əldə etdiyimiz üçün şadam. Birinci və ikinci hissəni müqayisə etsək, bəli, fasilədən sonra sanki öz oyunumuzu tutduq, sonda da qazandıq".
Cəfərquliyev ikinci hissədə meydanda baş verən kütləvi dava-dalaş haqda da fikirlərini bildirib: "Mən həmin epizodda heç nə etməmişdim, sadəcə aranı sakitləşdirirdim, rəqibi davadan uzaqlaşdırırdım. Başqa heç bir niyyətim yox idi. Hadisənin nə üstündə baş verməsinə gəlincə, inanırsız, heç mən də o qədər dəqiqliyi ilə bilmirdim. Sadəcə epizod zamanı Felipe Santosu oradan aralaşdırırdım. Həmin oyunçu da mənim üzümə zərbə endirdi və yerə yıxıldım".
Qeyd edək ki, görüş "Qarabağ"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
saytlarin hazirlanmasi