"Mançester Siti" "Nottingem Forest"ə uduzdu - VİDEO

19:33 - 8 Mart 2025

İngiltərə Premyer Liqasında 28-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün "Mançester Siti" səfərdə "Nottingem Forest"in qonağı olub. Qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 51-ə yüksəldən "Nottingem Forest" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. 47 xalı olan "Mançester Siti" isə 4-cü yerdədir.

"Nottingem Forest" - "Mançester Siti" 1:0
Qol: Kallum Hadson-Odoy, 83

Xəbər xətti