"Zirə"nin yeni transferinə baxın - VİDEO

18:22 - 9 Mart 2025

"Zirə" daha bir legioneri heyətinə qatıb. Qəsəbə təmsilçisi son olaraq Türkiyə 1-ci liqasında yarışan "Iğdır"da oynamış Rikardo Martins Gimarayeşlə anlaşıb.

29 yaşlı yarımmüdafiəçi 2026/2027 mövsümünün sonuna qədər “Zirə”də oynayacaq. Mozambik millisinin üzvü olan Rikardo Portuqaliyada “Oliveyrense”, “Sportinq”B, “Akademika”, “Şaviş”, Polşada isə “LKS Lodz”da oynayıb. 2023-cü ildən Mozambik millisinin üzvü olan Rikardo 15 görüşdə 2 dəfə fərqlənib.

Sportal.az sizə yarımmüdafiəçinin performans videosunu təqdim edir:

Xəbər xətti