"Çelsi" evdə "Lester Siti"yə qalib gəldi - VİDEO

21:24 - 9 Mart 2025

İngiltərə Premyer Liqasında 28-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün "Çelsi" doğma meydanda "Lester Siti"ni qəbul edib. Qarşılaşma London təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 49-a yüksəldən "Çelsi" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 17 xal olan "Lester Siti" isə 19-cu yerdədir.

"Çelsi" - "Lester Siti" 1:0
Qol: Mark Kukureya, 60

Xəbər xətti