Türkiyə mətbuatı Renat Dadaşov haqda yazdı: "Performansı diqqət çəkir"

13:22 - 10 Mart 2025

Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun yeni klubu "Radomyak"dakı çıxışı Türkiyə mətbuatının diqqətini çəkib. 

Sportal.az xəbər verir ki, türkiyəli həmkarlarımız forvardın “Ankaragücü”ndən uzaqlaşdırılmasından sonra “Radomyak”da iki matçda iki qol vurmasını ön plana çıxarıb.

Xüsusilə qeyd olunur ki, Dadaşovun bu qolları komandasına 4 xal qazandırıb:

"Renat ilk olaraq “Vidzev”lə görüşün 80-ci dəqiqəsində meydana çıxdı və 90-cı dəqiqədə (1:1) matçda hesabı bərabərləşdirdi. “Krakoviya” ilə növbəti oyunda isə 54-cü dəqiqədə meydana buraxıldı. 90+1-ci(2:1) dəqiqədə isə komandasına qələbə qazandırdı. Onun Polşadakı performansı diqqət çəkir".
 

Xəbər xətti