"Mançester Yunayted" yeni stadion inşa edəcək.
Sportal.az xəbər verir ki, yeni arena 100 min tamaşaçı tutumuna malik olacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İdman qurğusunun inşası 2 milyard funt-sterlinqə başa gələcək. Yeni stadion "Mançester Yunayted"in hazırda ev oyunlarını keçirdiyi "Old Trafford"un yaxınlığında tikiləcək.
Bu arena tamaşaçı tutumuna görə İngiltərədə ən böyük futbol stadionu olacaq. Tikinti işləri 4 il ərzində başa çatacaq.
saytlarin hazirlanmasi