"Bayer"də şok itki: 1 ay oynamayacaq

20:40 - 10 Mart 2025

Son Almaniya çempionu "Bayer"in heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, leverkuzenlilərin futbolçusu Florian Virts sıradan çıxıb. Almaniyalı hücumameyilli yarımmüdafiəçi ölkə çempionatının 25-ci turunun "Verder"lə matçında (0:2) zədələnib.

Ayaq biləyindən zədə alan Virtsin durumu ciddidir. 21 yaşlı ön xətt oyunçusu bir ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Florian Virts bu mövsüm "Bayer"in heyətində meydana çıxdığı 39 rəsmi matçda 15 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti