Bu gün minifutbol üzrə Azərbaycan çempionatının qalibi bəlli olacaq.
Sportal.az xəbər verir ki, final matçında "Birbaşa Bakı" və "Zirə" komandaları qarşılaşacaq.
Bakı Tennis Akademiyasında keçiriləcək oyuna 21:00-da start veriləcək. Həlledici matç "İdman TV" də canlı yayımlanacaq.
Qeyd edək ki, son ölkə çempionu "Birbaşa Bakı"dır.