"Şahdağ Qusar" "Araz Saatlı"ya qalib gəldi - VİDEO

19:34 - 11 Mart 2025

Futbol üzrə Azərbaycan 2-ci Liqasında 16-cı turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün lider "Şahdağ Qusar" öz meydanında "Araz Saatlı"nı qəbul edib. Qarşılaşma şimal təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 48-ə yüksəldən "Şahdağ Qusar" liderliyini davam etdirir. 28 xalı olan"Araz Saatlı" isə 5-ci yerdədir.

"Şahdağ Qusar" - "Araz Saatlı" 1:0
Qol: E.Quliyev, 79

Xəbər xətti