Futbol üzrə Azərbaycan 2-ci Liqasında 16-cı turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, bu gün "Şəfa" öz meydanında "Şimal"ı qəbul edib. Qarşılaşma paytaxt təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 43-ə yüksəldən "Şəfa" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 34 xalı olan "Şimal" isə 3-cü yerdədir.
"Şəfa" - "Şimal" 3:0
Qollar: R.Hacıyev, 21, E.Zamanov, 69, E.Nəsibov, 83