PSJ-nin sabiq üzvü "Nyukasl"a keçir

13:47 - 11 Mart 2025

“Ayntraxt”ın (Frankfurt) hücumçusu Huqo Ekitiike İngiltərəyə yollana bilər.

Sportal.az “Bild”ə istinadən xəbər verir ki, Almaniya klubunun üzvü “Nyukasl”a keçməyə hazırlaşır. Onun xidmətində “Arsenal” da maraqlıdır.

Lakin fransız özü “Nyukasl”ın təklifinə müsbət cavab vermək istəyir.

Mümkün transferin dəyəri 80 milyon avro qiymətləndirilir. 22 yaşlı hücumçunun Bundesliqa təmsilçisi ilə müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir. O, 2024-cü il iyulun 1-də bu komandaya keçib. Huqo “Vayle”, “Reyms”, PSJ komandalarında oynayıb.
 

Xəbər xətti