İki cüdoçumuz Avropa çempionu oldu

18:56 - 6 Sentyabr 2024

Azərbaycanın iki cüdoçusu Avropa çempionu olub.

Sportal.az xəbər verir ki, Estoniyanın paytaxtı Tallində keçirilən gənclər arasındakı qitə birinciliyində Süleyman Şükürov bütün rəqiblərini üstələyib. 

81 kq-da mübarizə aparan idmançımız finalda gürcüstanlı Aleksandre Loladzeyə qalib gəlib və qızıl medala sahib çıxıb. 

Digər cüdoçumuz Vüsal Qələndərzadə isə finalda bolqarıstanlı Dimitar Qospodinovla üz-üzə gəlib. 73 kq. çəki dərəcəsində mübarizə aparan idmançı rəqibini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 

Xəbər xətti