Braziliya klubu fransalı hücumçunu transfer etmək istəyir

19:24 - 5 Sentyabr 2024

"Mançester Yunayted"dən ayrılan Antoni Marsial karyerasını Braziliyada davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Flamenqo" fransalı hücumçunu transfer etmək istəyir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

A Seriya təmsilçisi 28 yaşlı forvardla danışıqlara başlayıb.

Qeyd edək ki, Antoni Marsial 2015-2024-cü illərdə "Mançester Yunayted"də çıxış edib.

Xəbər xətti