"Mançester Siti"nin futbolçusu: "FIFA və UEFA yalnız pulu düşünür"

17:55 - 6 Sentyabr 2024

"Mançester Siti"nin kapitanı Kevin De Brüyne oyunlarının sayının artmasından və təqvimin sıxlığından şikayət edib.

Sportal.az xəbər verir ki, ölkəsinin mətbuatına açıqlama verən belçikalı yarımmüdafiəçi futbol qurumlarının yalnız pulu düşündüyünü bildirib:

"Ounların sayı getdikcə artır. Problem Klublararası Dünya Çempionatı bitdikdən sonra ortaya çıxacaq. Bu turnirin finalı ilə Premyer Liqanın startı arasında cəmi 3 həftə var. İstirahət etmək və növbəti mövsümdə oynayacağımız 80 matça hazırlaşmaq üçün 3 həftə vaxtımız olacaq. Bu vəziyyət FIFA və UEFA-nı maraqlandırmır. Onlar yalnız pulu düşünür".

Xəbər xətti