"Liverpul"dan kapitanla bağlı qərar

17:22 - 7 Sentyabr 2024

"Liverpul" mövsümün sonunda müqaviləsi başa çatan Vircil van Daykla bağlı qərar verib.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi 33 yaşlı mərkəz müdafiəçisini komandada saxlamaq istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Klub rəhbərliyi qısa müddət ərzində kapitanla yeni sözləşmə barədə danışıqlara başlayacaq.

Qeyd edək ki, "Liverpul" Vircil van Daykı 2018-ci ilin yanvar ayında "Sauthempton"dan transfer edib. Niderland millisinin üzvü Mersisayd təmsilçisinin heyətində keçirdiyi 273 rəsmi matçda 23 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti