"Qəbələ" "Rubin"in sabiq futbolçusu ilə anlaşdı

13:34 - 5 Sentyabr 2024

“Qəbələ” "Rubin"in sabiq (Rusiya) futbolçusu ilə anlaşıb. 

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisi Samir Həsənovun keçidini rəsmiləşdirib.

21 yaşlı müdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.

Samir Həsənov Rusiya klubundan başqa, “Neftçi”nin də formasını geyinib.

Xəbər xətti