"Qarabağ"ın futbolçusu Misirə qarşı oynadı

09:40 - 7 Sentyabr 2024

Afrika Millətlər Kubokunun seçmə mərhələsinin ilk turunun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, "Qarabağ"ın futbolçusu Patrik Andradenin formasını geyindiyi Kabo-Verde milli komandası səfərdə Misirin qonağı olub. Matç ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Patrik Andrade də bu qarşılaşmanın iştirakçısı olub. 31 yaşlı yarımmüdafiəçi görüşə start heyətində başlayıb. Təcrübəli futbolçu 46-cı dəqiqədə əvəzlənib.

Xəbər xətti