"Beşiktaş"dan ayrılacaq, Türkiyəni tərk etməyəcək

11:34 - 5 Sentyabr 2024

"Beşiktaş" Vinsen Abubakarla yollarını ayırmağa hazırlaşır.

Sportal.az "TRT Spor"a istinadən xəbər verir ki, "qara qartal"ln baş məşqçisi Ciovanni Van Bronkhost kamerunluya etimad göstərmir. 

Ona görə də, forvard komandasını dəyişmək planlaşdırır. Abubakar "Beşiktaş"dan ayrılsa da, Türkiyəni tərk etməyəcək.

Belə ki, futbolçunun "Hatayspor"a transferi gözlənilir.

32 yaşlı futbolçunun "Beşiktaş"la müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.

Xəbər xətti