Ərəblərdən "Mançester Siti"nin futbolçusuna cəlbedici təklif

17:59 - 5 Sentyabr 2024

"Mançester Siti"nin yarımmüdafiəçisi Mateo Kovaçiç karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Əl-Nəsr" xorvatiyalı yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə "CBS Sports" məlumat yayıb.

Ərəblər 30 yaşlı futbolçuya həftəlik 1 milyon dollar maaş təklif edib.

QQeyd edək ki, "Mançester Siti" Mateo Kovaçiçi ötən ilin yayında "Çelsi"dən transfer edib. Xorvatiya millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 4 rəsmi matçda 1 qol vurub.

Xəbər xətti