"Qarabağ"ın yeni transferləri haqda: "Addai və Kaşuk faydalı olacaq"

15:22 - 5 Sentyabr 2024

"Kaşuk tanıdığımız, keyfiyyətli, sürətli, "Qarabağ"a kömək edə biləcək futbolçudur. Azərbaycana gəlmiş sayılıb-seçilən, yaxşı oyunçulardandır. Gəncdir, gələcəyi qarşıdadır. Önəmli olan isə oynamasıdır. Məsələn, Aleksey İsayev "Qarabağ"a getdi, ancaq çox çıxış etmədi. Ona görə əsas olan budur. Oynasa, "Qarabağ" üçün çox faydalı olacaq. "Qarabağ"ın oyun siteminə də uyğun futbolçudur.  İnanıram ki, komandanın uğurlarında pay sahibi olacaq".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Qarabağ"ın sabiq üzvü Əfran İsmayılov deyib.

Ağdam klubunun keçmiş futbolçusu Azərbaycan çempionunun yeni transferləri Emmanuel Addai və Aleksey Kaçuk barədə fikirlərini bildirib:

"Addai və Kaşukun gəlməsi "Qarabağ" üçün güclənmək deməkdir. "Zirə" ilə matçda Addaini izlədim. Sürətli, cəld, çevik futbolçudur. "Qarabağ"da da artıq fikirləşirlər ki, komandada olan bəzi futbolçularda yaş öz sözünü deyəcək. Ona görə də, daha gənc, daha çevik, daha keyfiyyətli oyunçular tapmaq istəyirlər. Kaşuk və Addai ən real namizədlərdir. İnanıram ki, "Qarabağ" üçün hər ikisi faydalı olacaq. Cinah oyunçusu üçün əsas olan rəqibi birəbirdə keçməkdir, sürətli və cəldliyinin olmasıdır. Mən özüm də, bu mövqedə oynamışam. Bir də, az da olsa, müdafiəyə qayıdıb, kömək etməlidir. Addai və Kaşukda da hər ikisi var, asist edirlər, qol vururlar. Hər ikisi "Qarabağ" üçün faydalı olacaq".

Mirbağırağa

Xəbər xətti