Məşhur hücumçu millidə sonuncu oyuna çıxdı

15:25 - 7 Sentyabr 2024

Luis Suares Uruqvay milli komandasının heyətində sonuncu oyununa çıxıb.

Sportal.az xəbər verir ki, 37 yaşlı hücumçu Amerika Kubokunun seçmə mərhələsinin Paraqvayla matçında sonuncu dəfə milli formanı geyinib. Paytaxt Montevideoda keçirilən görüş qolsuz bərabərliklə yekunlaşıb.

Qeyd edək ki, Luis Suares 2007-ci ilin fevral ayında debüt edib. Ulduz futbolçu yığmada keçirdiyi 142 rəsmi matçda 69 qol və 39 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti