Məşhur hücumçu Braziliyaya yollanır

20:48 - 6 Sentyabr 2024

"Ateltiko"dan ayrıldıqdan sonra klubsuz olan Memfis Depay Avropanı tərk edəcək.

Sportal.az xəbər verir ki, niderlandlı hücumçu karyerasını Braziliyada davam etdirəcək. Bu barədə Braziliya mətbuatı məlumat yayıb.

30 yaşlı forvard "Korintians" klubu ilə anlaşıb. Ulduz futbolçu tibbi müayinədən keçdikdən sonra A Seriyası təmsilçisi ilə 2 illik müqavilə imzalayacaq.

Qeydb edək ki, Memfis Depay 2023/2024 mövsümünü "Atletiko"da keçirib. Niderland millisinin üzvü Madrid təmsilçisinin heyətində meydana çıxdığı 40 rəsmi matçda 13 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti