Almaniyada Naqelsman qərarı

10:15 - 3 İyul 2026

Almaniya Futbol Federasiyası milli komandanın baş məşqçisi Yulian Naqelsmanla bağlı qərar verib.

Sportal.az xəbər verir ki, 38 yaşlı mütəxəssislə yollar ayrılıb. Bu barədə "Bild" nəşri məlumat yayıb.

Baş məşqçinin 2028-ci ili yayına kimi nəzərdə tutulan müqaviləsinə vaxtından əvvəl xitam verilib.

Qeyd edək ki, Yulian Naqelsman 2023-cü ilin sentyabrından Almaniya yığmasını çalışdırırdı. Komanda DÇ-2026-nın 1/16 finalında Paraqvaya məğlub olaraq turnirdə mübarizəni dayandırıb.

Xəbər xətti