Dünya çempionatında yeni rekord qeydə alındı

15:30 - 2 İyul 2026

Yuri Tilemans DÇ-2026-nın 1/16 final mərhələsinin Belçika və Seneqal arasında keçirilən matçından sonra dünya çempionatları tarixində yeni rekordun müəllifi olub.

Sportal.az xəbər verir ki, Belçika yığmasının yarımmüdafiəçisi əlavə vaxtın sonlarında penaltini dəqiq yerinə yetirib və top qapı xəttini oyunun 124-cü dəqiqə 43-cü saniyəsində keçib.

Məhz bu zərbə "qırmızı şeytanlar"a 3:2 hesablı qələbə qazandıraraq, komandanı 1/8 finala yüksəldib.

​Beləliklə, Tilemans dünya çempionatları tarixində ən gec vurulan qolun müəllifi olub. Əvvəlki rekord 2014-cü il mundialında 120-ci dəqiqə 49-cu saniyədə fərqlənən əlcəzairli Abdelmumen Cabuya məxsus idi. ​Bu göstəricidə üçüncü yeri 2006-cı ildə İtaliya millisinin heyətində 120-ci dəqiqə 13-cü saniyədə qol vuran Alessandro Del Pyero tutur.

Qələbə sayəsində Belçika dünya çempionatının 1/8 final mərhələsinə vəsiqə qazanıb və orada ABŞ yığması ilə qarşılaşacaq.

Xəbər xətti