"İnter"dən ayrılan futbolçu rəsmən Yunanıstan klubunda

00:22 - 1 İyul 2026

Stefan de Vrey rəsmən "Panathinaikos" futbolçusu olub.

Sportal.az xəbər verir ki, Yunanıstan klubu daha əvvəl "Inter"dən azad agent kimi ayrılan 34 yaşlı müdafiəçinin transferini rəsmən açıqlayıb. De Vreylə bir illik müqavilə imzalanıb.

2025/26 mövsümündə niderlandlı müdafiəçi "İnter"in heyətində Serie Ada 11 oyuna çıxıb.

Xəbər xətti