Maykl Olise "Bavariya" ilə digər klubların marağı fonunda yaranmış vəziyyəti müzakirə etmək istəyir.
Sportal.az xəbər verir ki, Fransa millisinin üzvü olan vingerlə "Real" və PSJ də maraqlanır.
AS nəşrinin məlumatına görə, Olise “Bavariya” rəhbərliyinin onun vəziyyəti ilə bağlı mövqeyini öyrənmək və klubun ona nə dərəcədə dəyər verdiyini anlamaq istəyir.
Dünya çempionatı başa çatdıqdan sonra futbolçu və onun ətrafı vəziyyəti sakit şəkildə təhlil edərək gələcək addımları barədə qərar verməyi planlaşdırır.
Münhen klubunda Olisenin bu görüş istəyindən xəbərdardırlar və hesab edirlər ki, futbolçu ətrafında yayılan çoxsaylı transfer şayiələri onun qərarına müəyyən təsir göstərir.
saytlarin hazirlanmasi
