DÇ-2026-da 1/16 final mərhələsinin matçları davam edir.
Sportal.az xəbər verir ki, Almaniya millisi bu raundda mübarizəni dayandırıb.
Belə ki, Bundestim Paraqvayla görüşdə əsas və əlavə vaxtda 1:1 oynayıb. Oyunsonrası penaltilərdə isə almanlar 3:4 uduzaraq turnirdən kənar qalıblar.
Almaniya – Paraqvay 1:1 (penaltilər 3:4)
Qollar: Haverts 54 - Ensiso 42
