İtaliya təmsilçisindən "Çelsi"yə 25+2 milyon avroluq təklif

22:24 - 27 İyun 2026

"Komo" Çelsinin müdafiəçisi Trevoh Çaloba üçün rəsmi təklif göndərib.

Sportal.az xəbər verir ki, İtaliya klubu transfer üçün 25 milyon avro və əlavə olaraq bonuslar şəklində 2 milyon avro təklif edib. London təmsilçisi isə daha yüksək məbləğ 30 milyon avro və 5 milyon avro bonus tələb edir.

Çaloba ötən mövsüm Premyer Liqada 34 oyunda meydana çıxıb, 3 qol vurub.

Xəbər xətti