Əlcəzair - Avstriya matçında son dəqiqə qol vuruldu, İran mundialla vidalaşdı - VİDEO

11:35 - 28 İyun 2026

İran millisi DÇ-2026 ilə vidalaşıb.

Sportal.az xəbər verir ki, buna səbəb J qrupunda Əlcəzair - Avstriya matçında 3:3 hesabının qeydə alınmasıdır.

Belə ki bu görüşdə Əlcəzair qalib gəlsəydi, İran yığması 1/16 finala vəsiqə qazanacaqdı. Lakin Avstriya yığmasının 90+6-cı dəqiqədə vurduğu qol onları pley-offa aparıb. 

İran isə ən yaxşı üçüncülər sırasında ola bilmədiyi üçün mundialdakı çıxışını dayandırıb. 

Əlcəzair - Avstriya 3:3
Qollar: Belqali, 45, Mahrez, 60, Mahrez, 90+3 - Arnautoviç, 28, Sabitzer, 55, Kaladzic, 90+6

Xəbər xətti