Konfrans Liqasının 1-ci təsnifat mərhələsində "Zirə"nin rəqibi olan "Torpedo" Gürcüstan Superkubokunda yarımfinal görüşünü keçirib.
Sportal.az xəbər verir ki, Kutaisi klubu "Dila"(Qori) klubuna qalib gələrək finala vəsiqə qazanıb.
Bu görüşdə "Torpedo" 1:0 qalib gəlib.
"Zirə"nin rəqibi finalda "İberiya 1999"la üz-üzə gələcək.
Xatırladaq ki, "Zirə" "Torpedo"ya qarşı ilk oyununu iyulun 8-də Sumqayıtda keçirəcək.
Cavab qarşılaşması isə iyulun 16-da Kutaisidə baş tutacaq.
saytlarin hazirlanmasi
