"Kristal Pelas"ın futbolçusu Maksans Lakrua komandanı tərk edəcək və “Çelsi”yə keçəcək.
Sportal.az "L'Equipe" qəzetinə istinadən xəbər verir ki, transferin 55 milyon avroya reallaşacağı gözlənilir.
Belə ki, Fransa millisinin heyətində yer alan müdafiəçinin transferi mundialdan sonra baş tutacaq.
Lakrua ötən mövsüm bütün yarışlarda 55 oyun keçirib, üç qol vurub və üç məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir.
26 yaşlı futbolçu “Soşo”, “Volfsburq” klublarında çıxış edib.
