"Qarabağ"dan ayrılan Kevin Medinanın hansı komandada oynayacağı dəqiqləşib.
Sportal.az xəbər verir ki, kolumbiyalı futbolçu Malayziyada çıxış edəcək.
Təcrübəli futbolçu “Yohor Darul Tazim”lə anlaşıb. Tərəflər arasında 2+1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Malayziya klubu bundan əvvəl millimizin sabiq üzvü Eddi İsrafilov və “Sabah”da çıxış etmiş Con İrazabal da oynayır.
