"Qarabağ"ın daha bir futbolçusu Ukrayna klubuna keçir? - Andradedən sonra onu da istəyirlər

13:16 - 29 İyun 2026

Ötən həftə Ukraynanın "Polessye" klubu "Qarabağ"dan 3 milyon avro qarşılığında Leandro Andradeni heyətinə qatıb.

Amma ukraynalılar bununla yetinmək istəmir.

Sportal.az saytına verilən məlumata görə, Ukraynanı Konfrans Liqasında təmsil edəcək klub "Qarabağ"ın daha bir futbolçusunu istəyir.

Belə ki, Aleksey Kaşuk da "Polessye"nin yolunu tutacağı gözlənilir. 27 yaşlı futbolçunun adıçəkilən kluba keçidi bu yay, ən pis halda isə qış transfer pəncərəsi zamanı reallaşa bilər.

Ukraynalı futbolçunun "Qarabağ"la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

 

 

Xəbər xətti