Niderland millisinin forvardı Vut Verqhost özünə yeni komanda tapıb.
Sportal.az xəbər verir ki, 33 yaşlı hücumçu “Tvente” ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
O, 2028-ci il iyunun 30-na qədər Enşde klubunun formasını geyinəcək.
Niderlandlı futbolçu “Emmen”, “Herakles”, AZ, “Volfsburq”, “Börnli”, “Beşiktaş”, “Mançester Yunayted”, “Hoffenhaym”, “Ayaks” klublarının formasını geyinib.
saytlarin hazirlanmasi
