Azərbaycan milli komandasının keçmiş hücumçusu Ramil Şeydayev Rusiyaya geri qayıda bilər.
Sportal.az xəbər verir ki, son olaraq “Qarabağ”ın formasını geyinmiş futbolçuya “Dinamo” maraq göstərir.
Mahaçqala təmsilçisi Şeydayevin keçidi üçün səfərbər olub və onun transferini reallaşdırmaq niyyətindədir.
30 yaşlı hücumçu özü də Rusiya klubuna keçməyə müsbət yanaşır. Amma klub onu razı salacaq maaşı ödəməlidir. Bu baş verərsə, Ramil “Dinamo”ya keçidə razılıq verəcək.
Yığmanın keçmiş futbolçusu karyerası ərzində “Zenit”, “Rubin”, “Trabzonspor”, “Jilina”, “Krılya Sovetov”, “Dinamo”(Moskva), “Sabah”, “Buriram Yunayted”, “Kocaelispor”, “Neftçi” klublarında oynayıb.
