UEFA Türkiyənin "Fənərbaxça" klubuna pul cəzası verib.
Sportal.az xəbər verir ki, bu barədə ali futbol qurumunun rəsmi saytı məlumat yayıb.
İstanbul nəhəngi maliyyə feyr-pley qaydalarını pozduğu üçün cəzalanıb. Klub buna görə 7 milyon avro məbləğində cərimələnib.
"Fənərbaxça"dan başqa, "Çelsi", "Aston Villa", "Nyukasl", "Nottingem Forest", "Nitsa", "Strasbur", "Fiorentina" və AEK də eyni cəzaya məruz qalıb.
saytlarin hazirlanmasi
