"Səbail"dən növbəti transfer

16:16 - 30 İyun 2026

2026/27 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Səbail” daha bir oyunçu ilə anlaşıb.

Sportal.az xəbər verir ki, son olaraq “Mingəçevir”də çıxış etmiş Kənan Quliyevlə 1+1 illik müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, 26 yaşlı yarımmüdafiəçi əvvəlki illərdə də “Səbail”in şərəfini qoruyub.

Xəbər xətti