"Qəbələ" konqolu müdafiəçi transfer etdi RƏSMİ

14:53 - 30 İyun 2026

“Qəbələ” yay fasiləsində daha bir transferini reallaşdırıb. 

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Konqo Demokratik Respublikasından olan Natan Monzanqo (Nathan Monzango) ilə 1+1 illik müqavilə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

25 yaşlı mərkəz müdafiəçisinin son klubu “Bravo” (Sloveniya) olub. 

O, buna qədər “Şole”, “Amyen”, “Pau”, ”Vilfranş” (hamısı Fransa), “Çaykur Rizespor” (Türkiyə) klublarının şərəfini qoruyub.


Xəbər xətti