"Şəfa"dan növbəti transfer

12:16 - 2 İyul 2026

"Şəfa" növbəti transferi həyata keçirib.

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi Andrey Fernando Draqu ilə anlaşıb.

26 yaşlı rumıniyalı ilə 1+1 illik müqavilə imzalanıb.

Draqu son olaraq “Unirea Sloboziya” klubunda çıxış edib. Karyerası ərzində isə “Vitorul Tarqu”, “Botoşani” və “Universitatea Krayova” kimi komandaların formasını geyinib.

Xəbər xətti