"Neftçi" portuqaliyalını siyahıdan çıxardı - yüksək maaş istədiyi üçün

10:49 - 1 İyul 2026

“Neftçi”nin “Apollon”un hücumçusu Pedro Markeslə maraqlanması barədə xəbər vermişdik. “Ağ-qaralar” portuqaliyalı forvardı heyətinə qatmaq istəyirdi.

Sportal.az saytına verilən məlumata görə, Markes “Neftçi”yə keçməyəcək. Paytaxt klubu onu transfer siyahısında çıxarıb. Buna səbəb isə 28 yaşlı futbolçunun yüksək məvacib istəməsidir.

Məlumata görə, o, 1 milyon avroya yaxın maaş tələb edib. Buna görə də, “Neftçi” diqqətini digər hücumçularla danışıqlara yönəldib.

Qeyd edək ki, Pedronun Kipr klubu ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. O, “Pafos”, AEL Limassol klublarının da transfer siyahısındadır. Pedro “Sportinq”, “Dordrext”, “Den Boş”, “Jil Visente”, “Famalikao”, “Neymegen” komandalarında oynayıb.
 

Xəbər xətti