"Yuventus" hücum xəttini yeni oyunçu ilə gücləndirəcək.
Sportal.az xəbər verir ki, Turin klubu "Cenoa"da çıxış edən Ceff Ehatorun keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Artıq klublar arasında razılıq əldə olunub. "Yuventus" İtaliya milli komandasının üzvü üçün 16+2 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, Ceff Ehator "Cenoa"nın yetirməsidir. 19 yaşlı hücumçu 2025/26 mövsümündə A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 32 rəsmi matçda 4 qol vurub.
saytlarin hazirlanmasi
