"Andradenin "Polessye"yə tez bir zamanda uyğunlaşacağına, xeyir verəcəyinə inanıram"

13:18 - 1 İyul 2026

Azərbaycan milli komandasının sabiq futbolçusu, hazırda Ukraynada yaşayan Aleksandr Çertoqanov Sportal.az saytına açıqlama verib. 

Veteran futbolçu “Qarabağ”dan “Polessye”yə keçən Leadro Andrade barədə danışıb. Çertoqanovun fikrincə, kabo-verdeli futbolçu “Qarabağ”dakı qədər uğurlu ola bilər: 
“Leandro Andradenin "Qarabağ"dan "Polessye"yə keçidindən xəbərdaram.

Fikrimcə, Andrade “Polessye”də də uğurlara imza atacaq. O, "Qarabağ"da özünü yaxşı tərəfdən göstərmişdi, ən yaxşısını verə bilmişdi komandaya. "Polessye" özü də ambissiyalı klubdur. Hər şey də klubun uğurlu nəticələr göstərməsi üçün qurulub. Andradenin Ukraynada hansısa problem yaşayacağını düşünmürəm. “Polessye”də də çox yaxşı məşqçilər korpusu var. Andradenin komandaya tez bir zamanda uyğunlaşacağı, kluba xeyir verəcəyinə çox inanıram. Çünki onun "Qarabağ"da yaxşı futbolçu olduğunu görmüşdük”.

Mirbağırağa
 

Xəbər xətti