"Bavariya"nın idman direktoru Kristof Froynd Mərakeş millisinin üzvü İsmael Saibarinin transferi ilə bağlı danışıb.
Sportal.az xəbər verir ki, Almaniya klubunun rəsmi saytına danışan klub rəsmisi mərakeşli futbolçudan gözləntilərinin yüksək olduğunu bildirib:
"İsmael Saibari PSV ilə ardıcıl üç Erediviziya titulunu qazanıb, Çempionlar Liqasında təcrübəyə malikdir və hazırda mundialda komanda üçün ən yüksək səviyyədə nə qədər dəyərli ola biləcəyini nümayiş etdirir. O, oyununda çox yönlü, enerjili və cəsarətlidir. "Bavariya"da görmək istədiyimiz, qələbəyə olan aclığı var və onun performansı, davranışı komandanı ruhlandıracaq. Azarkeşlər onun kimi oyunçular üçün stadiona gəlirlər".
Qeyd edək ki, 25 yaşlı futbolçu 2031-ci il iyunun 30-a qədər “Bavariya”ya məxsusdur. İspaniyada dünyaya gəlmiş İsmail “Anderlext”in yetirməsidir.
