Deşam yeni rekorda imza atdı

21:20 - 1 İyul 2026

Fransa yığması DÇ-2026-nın 1/16 final mərhələsində İsveçə 3:0 hesabı ilə qalib gələrək turnirin növbəti mərhələsinə vəsiqə qazanıb.

Sportal.az xəbər verir ki, ​bu, "üçrənglilər"in baş məşqçisi Didye Deşam üçün dünya çempionatlarında əldə etdiyi 17-ci qələbə olub.

​Beləliklə, 57 yaşlı mütəxəssis dünya çempionatlarında qazandığı qələbələrin sayına görə yeni rekord müəyyən edib. O, Almaniya millisinə rəhbərlik etmiş Helmut Şeni (16 qələbə) geridə qoyub.

​Xatırladaq ki, Deşam 2012-ci ildən Fransa millisinə rəhbərlik edir.

​Fransa növbəti matçını ötən gün Almaniyanı mübarizədən kənarlaşdıran Paraqvaya qarşı keçirəcək. Oyun iyulun 5-nə planlaşdırılıb.

Xəbər xətti