"Qəbələ"nin futbolçusu "Şamaxı"da - RƏSMİ

23:34 - 1 İyul 2026

“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisi “Qəbələ” klubundan Okan Təhməzlini transfer edib. 

Yarımmüdafiəçi  növbəti iki mövsümü "Şamaxı"da keçirəcək.

Xatırladaq ki, "Şamaxı" daha əvvəl Sənan Muradlı ("Sumqayıt"), Emin Rüstəmov ("Karvan-Yevlax"), Uğur Cahangirov ("Karvan-Yevlax") və Ceyhun Bağırzadəni ("Qəbələ-2") kluba cəlb edib.

Xəbər xətti