Premyer Liqa klubuna baş məşqçi dəyişikliyi olacaq

14:35 - 2 İyul 2026

"Nottingem Forest" baş məşqçi Vitor Pereyra ilə yollarını ayıracaq.

Sportal.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Premyer Liqa təmsilçisinin yeni baş məşqçisinin kim olacağı da məlumdur. Klub Oliver Qlasnerlə anlaşıb. Avstriyalı mütəxəssislə yaxın günlərdə 3 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, Oliver Qlasnerin son iş yeri "Kristal Pelas" olub. London klubu onun rəhbərliyi altında ötən mövsüm UEFA Konfrans Liqasının qalibi olub.

Xəbər xətti